Müəllimlik ən çətin, ən şərəfli peşələrdən biridir -Nazir

  • Müəllif: Firuzə
  • 05 Oktyabr 2026 09:59

Müəllimlik ən çətin, eyni zamanda ən şərəfli peşələrdən biridir.


Gununsesi.info xəbər verir ki, bu, elm və təhsil naziri Emin Əmrullayevin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bağlı təbrikində yer alıb.

Nazir bildirib ki, bu peşənin əsas missiyası yalnız bilik vermək deyil, savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir: “Gənc nəslin cəmiyyətdə layiqli yer tutmasında və vətənpərvər vətəndaş kimi formalaşmasında sizin fədakar əməyiniz danılmazdır. Hər birinizə təşəkkür edir, işlərinizdə uğurlar və əməyinizin nəticələrindən daim qürur duymağı arzulayıram”.

Gununsesi.info