Müəmmər Qəddafinin oğlu və Xəlifə Haftar Liviya prezidentliyinə namizəd ola biləcək

  • By admin
  • 31 May 2023 22:04

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam və Liviya Milli Ordusunun komandanı Xəlifə Haftar qarşıdan gələn ümumi seçkilərdə Liviyada prezidentliyə namizəd ola biləcək.

Bu barədə Gununsesi.info “6+6” Birgə Komitəsindəki mənbələrə istinadən məlumat verir.

“Komitə qarşıdan gələn seçkilərdə Seyf əl-İslam Qəddafi və Xəlifə Həftərin namizədliyini irəli sürmək imkanını istisna etməyəcək,”- Liviyanın Ali Dövlət Şurası və Nümayəndələr Palatasının (Parlament) üzvlərinin daxil olduğu komitə deyib.

Gununsesi.info