
YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Müasir gənclik və İKT sahəsində onların rolu” mövzusunda tədbir keçirilib. Lerik Rayon İcra Hakimiyyətindən Gununsesi.info-ya verilən məlumata görə, tədbirdə rayon gənclər idman idarəsinin rəisi, YAP Lerik rayon təşkilatının aparat rəhbəri, YAP gənclər birliyinin şura üzvləri və rayon gəncləri iştirak ediblər.
Tədbirdə Lerik RİH-nin şöbə müdiri Zamiq Əhədov çıxış edrək bildirib ki, müasir dövrdə elm, təhsil yeni innovasiyalar çərçivəsində həyata keçirilir. Artıq yeni texnologiyalar insan həyatının ayrılmaz hissəsinə çevrilib. Gənclərin aludə olduğu sosial şəbəkələrdə etik və davranış qaydalarından söz açıb.
Gununsesi.info