Müasir ginekologiyada nə kimi yeniliklər var? - MÜZAKİRƏ

  • By admin
  • 14 Oktyabr 2017 20:24

uzi_baby_040913_2

Bu gün Bakıda “Ginekologiyanın müasir aspektləri” adlı elmi-praktik konfrans keçirilib.

Gununsesi.info xəbər verir ki, konfransın məqsədi ginekologiya sahəsindəki son yenilikləri müzakirə etmək və fikir mübadiləsi aparmaqdır.

“World Medicine”nin Azərbaycandakı nümayəndəliyinin baş meneri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirib ki, son illər ərzində yüksək səviyyəli texniki imkanlar nəticəsində xəstələrə dəqiq diaqnozlar qoyulur, problemin baş vermə səbəbləri araşdırılır və tez bir zamanda pasentlər öz sağlamlıqlarına qovuşurlar: “Hər bir ana dünyaya sağlam uşaq gətirmək istəyir, lakın bir çox səbəblərdən bu baş vermir”.

Y.Abdıyeva son illər sağlam uşaqların daha çox doğulduğunu da diqqətə çatdırdı. O bunu tibb sahəsinə olan dövlət qayğısı ilə əlaqələndirdi.

USM mütəxəssisi Raksana Əliyeva bildirib Ki, USM mütəxəssislərinin əsas işi baş verə biləcək genekoloji problemlərin qarşısının əvvəlcədən alınmasıdır: “Bu gün mən deyərdim ki, sağlam analar çoxluq təşkil edir”.

Tədbirdə daha sonra ultrasəs diqnoztikanın müasir imkanları, genetik xəstəlikləin diaqnostikası, onkoloji xəstəliklərin profilaktikası kimi bir sıra mövzular ətrafında fikir mübadiləsi aparıldı. Konfransda səslənən bir çox nəzəri məsələlər dərc olunaraq genekoloqların istifadəsinə veriləcək.

Gununsesi.info