Müavinət və təqaüdlər orta hesabla 3 dəfədən çox artıb - Nazir müavini

  • By admin
  • 11 Aprel 2022 12:14

Prezident İlham Əliyevin tapşırıqları əsasında son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, pensiyaların minimum məbləği 2,2 dəfə artırılıb.

Gununsesi.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bu gün keçirilən brifinqdə deyib.

Nazir müavini bildirib ki, son 4 ildə müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfədən çox artım baş verib.

“2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamlarla ölkə əhalisinin böyük bir hissəsini əhatə edən 3 sosial islahat paketi icra olunub.

2018-2021-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz və ya 400 minə yaxın, illik əməkhaqqı fondunda 2 dəfədən çox artım baş verib”, – deyə nazir müavini bildirib.

O qeyd edib ki, 2021-ci ildə 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub ki, bu da proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 13,8 dəfə çoxdur.

Ümumilikdə son 4 ildə və cari ilin ilk rübündə 44 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Gununsesi.info