
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir şəhərinin Urla bölgəsində təbiət elmləri üzrə yunan filosofu Anaksaqorasın heykəli qoyulub. Filosofun heykəli ziddiyyətli fikirlərə gətirib çıxarıb.
Bu memarlıq nümunəsi ətrafında gedən mübahisələrin səbəbi isə heykəlin baş hissəsinin eynilə böyük türk şairi Yunis Əmrəyə bənzəməsidir. Həm heykəltaraşlar, həm də yerli əhali heykəli təsəvvüf şeirinin görkəmli nümayəndəsinə bənzədirlər.
Memarlıq nümunəsinin ideya müəllifi Mahmud Tolon isə vəziyyətdən məmnundur və burada heç bir problem görmür.
Gununsesi.info