Mübarək Ramazan ayı başlayır

Mübarək Ramazan ayı başlayır

Şaban ayı sona çatır və 11 ayın sultanı, Mübarək Ramazan ayı başlayır.

Gununsesi.info-nun verdiyi xəbərə görə, Ramazan ayının ölkəmizə mayın 17-də qədəm qoymasına dair Qafqaz Müsəlmanları İdarəsinin müvafiq məlumatı verilib. Eyni zamanda, mövcud təqvimlər, Azərbaycanın yerləşdiyi regionda Ayın görünməsi haqda proqnozlar da bu Mübarək ayın böyük ehtimalla məhz mayın 17-də başlayacağını təsdiqləyir. Onu da bildirək ki, bu barədə əlavə xəbərlər daxil olduğu təqdirdə oxucularımızı məlumatlandırılacağıq.

İslam.az Ramazan ayına dair meydana gələcək mümkün suallara cavabları, həmçinin orucun özəllikləri və digər məsələlərə aydınlıq gətirən məqalələri də bir rubrikada cəmləyərək oxuculara təqdim edir. Həmin rubrikaya aid məqalələri ana səhifədə, bir qədər aşağıdakı blokda da görə bilərsiz. Həmçinin Ramazan ayında tutulacaq oruc təqvimi ilə də izləyicilərimiz saytımızın ana səhifəsində, namaz vaxtlarının altındakı linkdə tanış ola bilərlər.

Ramazan ayınız mübarək olsun!

COMMENTS