Mübariz İbrahimova həsr edilmiş film çəkildi - VİDEO

  • By admin
  • 02 Aprel 2022 15:30

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilmiş animasiya çəkilib.

Gununsesi.info  xəbər verir ki, animasiya Türkiyədə hazırlanıb və filmdə Mübarizin düşmənlə təkbaşına necə döyüşdüyü göstərilir.

Həmçinin, Mübarizin Ermənistan prezidentinin kortejini atəşə tutaraq həm avtomobilləri, həm də Sarkisyanı məhv etməsi əks edilib.

Animasiya qısa zaman ərzində minlərlə insan tərəfindən izlənib. Film 15 dəqiqəyə yaxın davam edir.

“Virtual Qarabağ” İKT Gənclər İctimai Birliyi tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyilə istehsal etdilən animasiya uşaqların və yeniyetmələrin vətənpərvər ruhda tərbiyəsinə xidmət edir.

Sözügedən animasiyanı təqdim edirik:

 

Gununsesi.info