Mübariz Mədətovun evini qarət edənlər tutulduVİDEO

Mübariz Mədətovun evini qarət edənlər tutuldu

mubariz

Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sabiq rəis müavini Mübariz Mədətovun mənzilini qarət edərək, onun külli miqdarda pulunu aparan şəxslər həbs edilib.

Gununsesi.info-nun xəbərinə görə, bir müddət əvvəl evinin qarət olunmasi ilə bağlı  Xəzər Rayon Polis İdarəsinə müraciət edən Mədətov ona məxsus Zirə qəsəbəsindəki evdən içərisində 10000 dollar və 40000 avro pul olan seyfin oğurlanması barədə məlumat vermişdi. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Nabatov və Sabirabad rayon sakini Ramil Bağırov tutularaq istinaqa təhvil verilib.

Ramil Bağırov dindirilərkən cinayətin Ruslan Nabatovun planı olduğunu bildirib. İstintaq araşdırmaları zamanı məlum olub ki, Ruslan Nabatov oğurluq etdikləri evə əvvəllər maşınla usta aparırmış. Bu səbəbdən də o, evdəki şəraiti tam öyrənib və dostu Ramillə birlikdə oğurluq etmək qərarına gəlib. Cinayət yolu ilə əldə edilən pulları dəstə üzvləri aralarında bölüblər. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

 

 

COMMENTS