Mübariz Mənsimov Astaranın yollarından yazdı -VİDEO

  • By admin
  • 18 Sentyabr 2019 12:22

Türkiyədə yaşayan azəraycanlı iş adamı Mübariz Mənsimov özünün sosial şəbəkədəki hesabında Astara rayonunda dağılmış bir yol haqqında video paylaşaraq, qeydlər yazıb.

Gununsesi.org həmin qeydləri təqdim edir:

HTML tutorial

“Bu videonu bir dostum mənə göndərdi. Bura Azərbaycanın cənub bölgəsi, Astaradır. Bu videoya baxdıqca özüm özümə nifrət edirəm ki, biz hansı dövrdə yaşayırıq? Bu gəlin karvanı Astaranın kəndlərinin birində çəkilib. Bu mənzərə Masallıda da var, Azerbaycanın başqa rayonlarda da.

Həqiqətən utanmırsınız?!

Yol axı həm də mədəniyyətdir!

Yox utanmırsız, mədəniyyətiniz yoxdur!

Çünki siz mədəniyyəti mədə niyyətinizlə ölçürsünüz. Başınız xarici səfərlərə, butik və ya 7 ulduzlu otellərə o qədər qarışıb ki, özünüzə əziyyət verib buralara gələ bilmirsiz. Bura gəlmək ayıbdır sizin üçün.

Öz imarətləriniz orada olsaydı əminəm ki, istər kənd olsun, istər mərkəz yol şüşə kimi olardı. Yol nədi, hələ ətrafında bütün infrastrukturlar da…

Hə, həm də orada axı lovğalana (hava ata) bilməyəcəksiniz. Nə siz, nə də sizin ailələriniz.

Buranın havası başqadır! Sizin oynadığınız hava başqa. O qulaqardı etdiyiniz sərəncamlardan ayrılan pullar da havada.

Bir gün gələcək siz məmurlar özünüz də havada qalacaqsız, buna əmin olun. Onda görüm xalqın qarşısında nə cavab verəcəksiniz?

Hanı o bölgəyə baxan məmurlar? Bölgədən seçilən millət vəkilləri? Yola nəzarət edən departamentlər?! Aldığınız rüşvət və oğurladığınız xalqın pulları boğazınızda qalacaq. Buna son qoyulmalıdır!

Rüşvət alan məmur ya edam ya da ömürlük həbs cəzası almalıdır. Ve aileleri heç bir zaman Dövlet İşinde görev almamalıdır..!
Adım kimi əminəm ki, bu cəzalardan sonra rüşvətə son qoyular. Yolunuza baxın! Yolçu olmayın!