Martın 5 də keçiriləcək məhkəmə prosesində “Palmali” Şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov azadlığa çıxacaq.
Bu barədə Gununsesi.info-ya etibarlı mənbələrdən bildirilib.
Məlumata görə,artıq İstanbul Baş Prokurorluğu da Mənsimovun azadlığa çıxması üçün məhkəməyə müsbət təqdimat verib.
Təqdimatda deyilir:
“Məhkəmə prosesinin gəldiyi mərhələ, təqsirləndirilən cinayətə görə nəzərdə tutulan / veriləcək cəzanın miqdarı, şübhəlinin həbsdə olma müddəti, həbs olunmasının tədbir məqsədli olması, həbsdə keçirildiyi vaxt, şübhəli olmadığı təqdirdə bu mərhələdə məhkəmə nəzarəti yolu ilə daha öncə həbs edilməmiş və ya başqa bir cinayətə məhkum edilməmiş isə, “Xaricə getməmək” və “Ünvanından çıxmamaq” şəklində ƏDLİ NƏZARƏT TƏDBİRLƏRİNİN TƏTBİQİ, 109/3 maddəsi ilə tənzimlənmiş, haqqındakı rəqəmsal materialların sahibinə qaytarılması istənilir.