Mübariz Mənsimov daha 500 azərbaycanlıya iş verəcək-“Palmali Group” yeni işçi qəbulu elan edir

Mübariz Mənsimov daha 500 azərbaycanlıya iş verəcək

Türkiyədə və bir çox dünya ölkələrində fəaliyyət göstərən “Palmali Gorup”da daha 500 Azərbaycan vətəndaşını işlə təmin edəcək.

Bu barədə Gununsesi.info-ya adıçəkilən şirkətlər qrupundan verilən məlumatda bildirilir.

“Palmali” Şirkətlər Qrupunun yeni tikdirdiyi gəmilərində ve yeni layihələrində işləmək üçün 20-60 yaşlı təcrübəli  dənizçilərə şans veriləcək: “Dünyanın aparıcı Gəmiçilik şirkətlərindən olan “Palmali” 500 dən çox   vakant yer üzrə müxtəlif ixtisas sahibli gəmiçiləri öz sırasında görmək istəyir. Belə ki, gəmi kapitanları, kapitanın baş köməkçisi, 2-çi köməkçi, baş çilingər, 2-ci, 3-cü dərəcəli çilingərlər elektrik, bosman, matorçu, matros və aşpazlar  bilər. Cv-lərlə guliyevaf@palmali.com ünvanına müraciət edə bilər.

Sonda o da bildirilir ki, şirkət xaricdə fəaliyyət göstərsə də hər zaman Azərbaycan vətəndaşlarına xüsusi diqqəti ilə seçilməkdə davam edəcək.

Gununsesi.info

 

COMMENTS