Mübariz Mənsimov gəmilərinin sayını artırır - DAHA 6 ŞƏHİDİMİZİN ADINI DAŞIYACAQ

  • By admin
  • 26 Oktyabr 2022 15:22

 

Türkiyədə azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali Holding” daha 6 gəmi alaraq, öz donanmasının sıralarını genişləndirib.

HTML tutorial

Bu barədə Gununsesi.info-ya “Palmali Group”un mətbuat xidmətindən verilib.

Mübariz Mənsimovun göstərişinə əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşlarda şəhid olmuş hərbçilərin adlarını daşıyacaq yeni gəmilər yaxın vaxtlarda İstanbul limanlarına gətiriləcək və adları dəyişdiriləndən sonra yeni səfərlərinə çıxacaq. Gəmilər quru yük və neft daşımalarında istifadə olunacaq.

Qeyd edək ki, bir neçə gün sonra “Palmali”nin daha bir tankerinə 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş, Xüsusi Təyinatlı Qüvvələrinin əfsanəvi döyüşçüsü Pəncəli Teymurovun adının verilməsi ilə bağlı təntənəli mərasim keçiriləcək. Xatırladaq ki, 2 sentyabrda 44 gün davam edən Vətən müharibəsi zamanı qəhrəmanlığı və şücaəti ilə seçilən, Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan mayor Malik Əliyevin adını daşıyan tanker ilk yükünü almaq məqsədilə Rumıniyanın Konstansa şəhərinə yola salınıb. Tədbirdə şəhidimizin valideynləri iştirak ediblər.

Həmçinin, 30 sentyabrda şəhid Mətin Hüseynovun da adını daşıyan gəmi istifadəyə verilib.

 

Mübariz Mənsimov “Palmali” donanmasına daxil olan bütün gəmilərə şəhidlərin adlarının veriləcəyini bəyan edib. Bu təşəbbüsün reallaşdırılması nəticəsində indiyə qədər “Palmali” tankerlərinə Azərbaycanın Milli Qəhrəmanları Polad Həşimovla Mübariz İbrahimovun, o cümlədən və Vətən müharibəsinin qəhrəman şəhidləri Adil İbrahimlinin, Xudayar Yusifzadənin, Cəbrayıl Dövlətzadənin, İman və Bəhram Məmmədzadələr qardaşlarının adları verilib.

Günay

GUNUNSESİ.İNFO