Mübariz Mənsimov mərhum nazirin adını gəmisinə verdi - NATİQ ƏLİYEV TANKERİ 4 NÖV YÜK DAŞIYACAQ

  • By admin
  • 04 İyul 2017 12:03

muba

“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov yeni gəmilərindən birinə mərhum energetika naziri Natiq Əliyevin adını verib.

“Palmali” Şirkətlər qrupundan Gununsesi.info-ya daxil olan məlumatda qeyd olunur ki, buzlu sularda belə hərəkət etmək qabiliyyəti olan bu nəhəng gəmi 4 növ yük daşıma qabiliyyətinə məxsusdur.

Qeyd edək ki, Mübariz Mənsimov sabiq nazirlə yaxın dostluq münasibətində olub. O, Natiq Əliyevin ölümü barədə danışarkən türk dünyasının böyük bir insan itirdiyini deyib: “Biz səni hər zaman həyatsevər və təmiz insan kimi xatırlayacağıq, mənim mülayim dostum”.

Gununsesi.info