Mübariz Mənsimov Mahsun Kırmızıgülün şəhid anaları ilə görüşündən yazdı - Video

Türkiyənin tanınmış müğənnisi Mahsun Kirmizigülün Bakıda şəhid anaları ilə görüşməsi onun yaxın dostu, məşhur iş adamı Mübariz Mənsimovun diqqətini çəkib.

Gununsesi.info-nun xəbərinə görə, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov bununla bağlı sosial şəbəkə hesabında aşağıdakı qeydi yazıb.

“Mənim dəyərli dostum Mahsum Kırmızıgül Bakıda ikən şəhid anaları ilə görüşüb. Eşitdim ki, bu təklif də, İstək də onun özündən, qəlbindən gəlib. Çox sevindim.
Ən gözəl mahnılarını şəhidlərimizin analarına həsr edib. Əminəm ki, dostumun səmimiyyəti və mehribançılığı, ən əsası, diqqəti analarımızı sevindirib.
Şəhid anaları bizim başımızın tacıdır. Şəhid anaları və ailələri bizə tapşırılan müqəddəs əmanətdir.
Var ol, dostum! Bu insansevərliyə, qayğıkeşliyə və dəyərlərimizə nümayiş etdirdiyini nəcib hisslərə görə, sənə təşəkkür edirəm”.
Gununsesi.info