Mübariz Mənsimov Oqtay Gülalıyevin oğluna müraciət etdi

  • By admin
  • 09 Dekabr 2019

Tanınımış iş adamı,“Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı status yazıb.

Gununsesi.org bildirir ki, M. Mənsimov tibbi yarıdmla bağlı səslənən məlumatlara aydınlıq gətirib.

Bir az əvvəl mənə bir yazı göstərdilər. Oqtay bəy Gülalıyevin oğlu paylaşım edib və ehtimal edir ki, guya məni onun atasına yardım göstərməmək üçün təhdid ediblər. Əziz qardaşım! Əvvəla, Allah sənin atana can sağlığı versin. İkincisi, real vəziyyət düşündüyün kimi deyil. Məni kimsə təhdid də etmir. Sadəcə, gerçəkliyi olduğu kimi qəbul etməyi bacarmaq lazımdır”.

M.Mənsimov deyib ki, o öz köməyini təklif etdikdən sonra xəbər gəldi ki, Heydər Əliyev Fondunun Oqtay bəyin müalicəsini öz üzərinə götürməsi barədə məlumat alıb: “Dövlət Oqtay bəyə sahib çıxdı və mənim göstərəcəyim yardımdan bəlkə də artığını etdi. Bir işi dövlət öz öhdəsinə götürürsə, qorxmağa və ya çəkilməyə lüzum yoxdur. Bəli, mən də təyyarə göndərəcək idim, Oqtay bəyi xəstəxanaya yerləşdirəcək idim. Allah razı olsun, bunların hamısını dövlət etdi. Dövlət bu işi öz üzərinə götürdükdən sonra bütün lazımı prosedurlar həyata keçirildi. Naşükürlük etmək lazım deyil. Burada başqa niyyət yoxdur və ola da bilməz. Həkimlərin məsləhətlərinə əsasən, addım atmaq lazımdır. Siz Oqtay bəyi başqa olkəyə də aparsanız, eyni vəziyyətlə qarşılaşacaqsınız. Sizin ağrı-acınızı anlayıram. Heç kim sevdiklərini bu vəziyyətdə görmək istəməz. Amma reallıq var. İndi ümid sadəcə Allahadır. Bəndədə ümid axtarmayın. Bu məsələni siyasiləşdirmək ve bunun ətrafında manipulyasiya etmək düzgün deyil. Həqiqəti demək lazımdır. Mən hər zaman deyirəm: mən siyasətçi deyiləm. Hər dəfə adımı hallandırmağa, məni siyasi oyunlara qatmağa çalışırsınız və bu, həqiqətən də, məni yorur. Bir-birimizə ziyan verməyək. Hamının məqsədi odur ki, Oqtay bəy tezliklə sağalıb ayağa qalxsın. Bu qədər yaxşılığı boşuna çıxarmaq düzgün deyil. Xəstəxananı bəyənmədilər, dəyişdirdilər və istədikləri tibbi müəssisəyə yerləşdirdilər. Həkimi istəmədilər, müalicəni mənim ailə həkimim davam etdirdi. Nə lazımdırsa, hər şey yüksək səviyyədə təşkil və təmin olundu. Bundan sonra bizə yalnız gözləmək və dua etmək qalır. Bu qədər insanın və həkimlərin əziyyətini yerə vurmaq da insafsızlıq olardı. Hər şey Allahın hökmündədir”.

 

 

Gununsesi.org