Xəbər verdiyimiz kimi, Mübariz Qürbanoğlu Təhsil və Yardımlaşma Fondu Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə 2023-2034 cü tədris ili üçün təqaüd verəcək.
Həmən tələbələrdən biri də Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş terror aktında şəhid olan Orxan Əsgərovun qızı Aysu Əsgərlidir.
Məsələ ilə bağlı saytımızda açıqlamasında şəhid Orxan Əsgərovun həyat yoldaşı Aynur Əsgərova övladına dəstək verdiyi üçün “Palmali Group”un sahibi Mübariz Mənsimova təşəkkür edib:
“Mübariz Qurbanoğlu Təhsil və Yardımlaşma Fondundan bizə zəng gəldi. Fond Aysu Əsgərlinin təhsilinə köməklik edəcəklərini və ona burs ayırdıqlarını bildirdi. Çox sağ olsunlar, çox minnətdarıq bizim üçün çox sevindirici hal oldu. Aysu hal-hazırda Türkiyənin Bursa Uludağ universitetinin birinci kursunda oxuyur”.
Şəbnəm
Gununsesi.info