Mübariz Mənsimov sponsoru olduğu filmdən danışdı

“Palmali Holding”in rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov Vətən müharibəsi şəhidi, kapitan Əsəd Həsənova həsr olunan “Vəsiyyət” sənədli filmindən danışıb.

Mübariz Mənsimov bildirib ki, bu cür filmlərin çəkilməsi çox vacibdir. O, şəhidlərimizin xatirəsinin əbədi yaşaması üçün bu cür addımları müsbət dəyərləndirib:

HTML tutorial

“Azərbaycan dövləti hər zaman şəhid ailələrinin yanındadır, onlara qayğısını əsirgəmir. Dövlət şəhidlərimizin əziz xatirələrinin əbədi yaşadılması üçün bütün işləri görür. Amma bu, yalnız dövlətin deyil, eyni zamanda, istər iş adamlarının, istərsə də, sıravi Azərbaycan vətəndaşların vəzifə borcudur. Bizim şəhidlər hər zaman yaşayacaq, çünki onları hər kəs yaşadacaq və unutdurmayacaq.

Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin bir əsgəri olaraq rəhbərlik etdiyim “Palmali Holding” bu yöndə üzərinə düşən bütün addımları atır və atmaqda davam edir. Şəhidlərimizin xatirəsini əziz tutmaq naminə bundan sonra da əlimizdən gələni edəcəyik və yeni-yeni layihələrə imza atacağıq.”

Qeyd edək ki, “Vəsiyyət” sənədli filmi “Palmali Holding”in dəstəyi ilə lentə alınıb.


Gununsesi.info