Mübariz Mənsimov Türkiyədə məktəb tikdirdi– BAŞ NAZİRDƏN AZƏRBAYCANLI İŞ ADAMINA TƏŞƏKKÜR

Mübariz Mənsimov Türkiyədə məktəb tikdirdi

Türkiyədə “81 ildə 81 anaokulu” layihəsi çərçivəsində əslən azərbaycanlı olan iş adamı Mübariz Mənsimov tərəfindən məktəb tikilib.

Gununsesi.info xəbər verir ki, məktəbin açılışında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri, bələdiyyə sədrləri, Azərbaycanın Qarsdakı konsulu, vali, o cümlədən “Palmali” şirkətlər qrupunun vitse-prezidenti Vüqar Hüseynli və digər hökumət nümayəndələri iştirak ediblər.

Türkiyənin Baş naziri Binali Yıldırım açılış mərasiminə canlı bağlantı ilə qatılaraq Mübariz Mənsimova bu xeyirxah əməlinə görə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, bu, Mənsimov tərəfindən Qarsda tikdirilən ikinci məktəbdir.

 

 

 

 

 

Gununsesi.info

COMMENTS