
“Forbes Türkiyə” dərgisi Türkiyənin ən zəngin 25 adamının siyahısını açıqlayıb. Gununsesi.info-nun xəbərinə görə, siyahıda Azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov da yer alıb. Həmyerlimiz siyahıda 19-cu yeri tutub.
Siyahıda bundan başqa məhşur iş adamları Aydın Doğan, Mustafa Latif Toppaş,Ahmet Çalık və digər şəxslərin adları yer alıb.
Onu da xatırladaq ki, bir neçə gün ğöncə Azərbaycan mediasında Mübariz Mənsimovun müflis olması barədə iddialar yayılmışdı. Ancaq “Forbes Turkiyə”nin araşdırması bu iddiaları alt-üst etdi.