Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova ağır itki üz verib.
Həmyerlimizin ailə üzvlərinin Gununsesi.info-ya verdiyi xəbərə görə, Mübariz Mənsimovun atası Qurban Mənsimov İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, Qurban Mənsimov son günlərini xəstəxanada keçirib.
Mərhumun harada dəfn olunacağına dair qərar bu gün veriləcək.
Gununsesi.info-nun kollektivi olaraq, Mənsimovlar ailəsini baş sağlığı diləklərimizi ifadə edirik.
Allah rəhmət eləsin!
Şəbnəm
Gununsesi.info