Türkiyədə yaşayan məşhur azərbaycanlı iş adamı, “Palmali Group”-un sahibi Mübariz Mənsimov İstanbulda yaşayan azərbaycanlı tələbə və iş adamları üçün iftar süfrəsi açıb.
Gununsesi.info xəbər verir ki, iftar süfrəsində İstanbulda təhsil alan tələbələr və iş adamları ilə yanaşı, qardaş ölkənin də bir çox məşhur simaları da iştirak edib. Onlar arasında Mahsun Kırmızıgül, Ercan Saatcı, Kubat və bir sıra nüfuzlu türk iş adamları da olub.
1000 nəfərə yaxın soydaşımızın və digər qonaqların qatıldığı mərasimdə Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı da bayram təbrikləri söylənilib.
Mübariz Mənsimov, həmçinin azərbaycanlı tələbələri dinləyərək, onların problemləri ilə də maraqlanıb.
İftardan fotoları sizə təqdim edirik:
GUNUNSESİ.İNFO