
Türkiyədə fəaliyyət göstərən “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov birinci vitse prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.
Gununsesi.info həmin təbrik məktubunu təqdim edir:
“Azərbaycanın Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevaya Hörmətli Mehriban xanım.
Doğum gününüz münasibətilə şəxsən özüm və ailəmin, eləcə də “Palmali Holding” kollektivi adından səmimi qəlbdən Sizi təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, məsuliyyətli və şərəfli vəzifənizdə, bütün fəaliyyətlərinizdə uğurlar arzulayırıq.
Qoy, xalqımızın və bütün bəşəriyyətin mənafeyinə və inkişafına yönəlmiş nəcib məqsədləriniz və planlarınız uğurla həyata keçsin!
Dərin hörmət və ehtiramla, Mübariz Mənsimov “Palmali Holding” şirkətinin prezidenti”.
Gununsesi.info
Gununsesi.info