
“Palmali Group”un rəhbəri Mübariz Mənsimov soydaşlarımızı Ramazan bayramı münasibətilə təbrjk edib.
Gununsesi.org həmin təbriki təqdim edir:
Sizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən ülvi arzu və diləklərimi yetirirəm. Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı mənəviyyatı möhkəmləndirən, müsəlmanlar arasında dini-mənəvi birlik duyğusunu gücləndirən, hər bir şəxsin daxili kamilliyinin formalaşmasına xidmət edən aylardan biridir. Bu bayramın Azərbaycana və İslam dünyasına bərəkət gətirməsini təmənni edirəm. Ramazan bayramınız mübarək olsun!












