Mübariz Mənsimovun 2,5 milyon dollarlıq sualtı gəmisi - ƏTRAFI GÜLLƏKEÇİRMƏZ ŞÜŞƏLƏRLƏ ƏHATƏ OLUNUB - VİDEO

  • By admin
  • 14 İyun 2017 15:32

123406_q81gt3hn2r

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov sualtı gəmisinin videosunu paylaşıb.

Gununsesi.info baku.ws-yə istinadən xəbər verir ki, dəyəri 2,5 milyon dollar olan gəmi ABŞ-da istehsal olunub. İş adamı sualtı gəminin videosunu İnstagram hesabında paylaşıb.

Yayı Bodrumdakı “Palmarina”da keçirən iş adamının sualtı gəmisi xüsusi olaraq hazırlanıb. Gəminin içərisində kiçik bar, hamam, lüks otaqlar var. Ətrafı isə gülləkeçirməz şüşələrlə əhatə olunub.

Gununsesi.info