Mübariz Mənsimovun üzünə durduğu deyilən dostundan açıqlama - EKSKLÜZİV

Sosial şəbəkələrdə Türkiyədə həbsdə olan azərbaycanlı iş adamı Mübariz Mənsimovu 40 illik dostunun satdığı barədə informasiyalar yayılıb.

Həmin informasiyalarda bildirilir ki, azərbaycanlı iş adamını 40 ildən bəri dostluq etdiyi , “Palmali” şirkətlər qrupunda vitse-prezident vəzifəsinə qədər yüksəltdiyi Vüqar Hüseyn satıb. İddiaya görə, dostu onun əleyhinə gizli ifadə verib və bu ifadə Mübariz Mənsimovun həbsinə səbəb olub.

Gununsesi.info  Vüqar Hüseyndən bu iddialara açıqlıq gətirməsini xahiş edib. Saytımızın sorğusuna cavab olaraq, Vüqar Hüseyn bunları deyib:

“Bu iddiaların heç bir əsası yoxdur. Mən Mübariz Mənsimovu satmamışam , onu niyə satmalıyam? Hər bir şəxsi prokurorluq ifadə üçün dəvət edə bilər. Bu o demək deyil ki, prokurorluğa dəvət edilən insan gedib kimisə satır. İddia edirlər ki, güya 15-i sentyabrdakı məhkəmədə Mübariz Mənsimovun üzünə dayanmışam, onun əleyhinə ifadələr vermişəm. Bunlar yalandır. Ümumiyyətlə, 15-i sentyabr mən məhkəməyədə getməmişəm. Bu söhbətlərin niyə ortaya atıldığınında fərqindəyəm, “Palmali”-də bir qrup adamlar var ki, bu söhbətləri ortaya atıb. Açığı mən bildirim ki, 1 ildən artıqdır “Palmali”dən uzaqlaşmışdım”

Gununsesi.info