
“Palmali Group”un sahibi azərbaycanlı məşhur iş adamı Mübariz Mənsimov özünün növbəti xeyirxah əməli ilə gündəmə gəlib.
Ancaq bu dəfə Mənsimovun bu əməli sırf təsadüf nəticəsində olub.
Belə ki, İstanbuldakı Liv hospitalda olan həmyerlimiz təsadüfən bir azərbaycanlının həmin xəstəxanada çarəsiz durumda qalmasının şahidi olduğundan onun xəstəxana xərclərini elə oradaca ödəyib.
Mənsimovla həmin azərbaycanlı arasındakı bu olayın şahid olan başqa bir həmyerlimiz bunu Mənsimovun “Fan” hesabında yazıb.
Onun dediklərini olduğu kimi təqdim edirik:
İstanbulda Liv adlı bir xəstəxana var. Hər il ora müayinəyə gəlirəm. Hər il də azərbaycanlı xəstələrlə qarşılaşıram. Çox olurlar. Sözüm bunda deyil. Həkimi gözləyirdim ki, bir də baxdım ki, tanış bir adam gəlir. Səsindən tanıdım. “Palmali Mübariz” idi . Sadə birisi. İşləri barədə çox eşidirdim, amma deyirlər, min eşitməkdənsə bir görmək yaxşıdı. Mənim də başıma gələn elə bu oldu. Hələ də özümə gələ bilmirəm. Deməli, bir azərbaycanlı ailə var idi o an orda. Ödəməyə pulları çatmırdı. Mübarizi gördülər, tanıdılar da. Amma Mübariz özünü dandı. Dedi ki, Mübarizin qardaşıyam. Ailənin dərdini eşidib, onlarla danışmağa başladı. Bir də gördüm ki, xəstənin anası az qalır sevincindən qanad açıb uçsun. O da deyir ki narahat olmayın. Sən demə Mübariz Mənsimov bilib ki, bu ailənin çətinliyi var və onların bütün xərclərini ödəyib. Mən özümü zorla tutdum. Ana necə sevinirdisə yerinə mən kövrəldim. Bu necə insandı? Adamlar boşuna ona pərəstiş etmirləmmiş. Öyrəndim ki, o xəstə əməliyyat olub Livdə. Bu xəstəxana ən bahalı xəstəxanalardan biri sayılır. O ailədə bilmədən gəlmişdi bura. Halal olsun. Oğuldu”.
Bu olayla bağlı “Palmali Group”un mətbuat katibi Fidan Quliyeva ilə əlaqə saxladıq.
Liv hospitalda baş verənləri təsdiqləyən Fidan xanım bundan təəccüblənmədiyini dedi: “Mübariz bəyin insanlara belə sürprizləri o qədər çox olub ki, bizi təəccübləndirmir. Bəli, belə olayın şahidi olub və həmin xəstəyə kömək edib. Sadə bir azərbaycanlı olub. Maşın təmiri ilə məşğul olan azərbaycanlıdır. Sonradan həmin şəxsin əməliyyatına da köməklik göstərildi”.