Mübariz Mənsimovun yeni gəmiləri də şəhidlərimizin adını daşıyacaq

  • By admin
  • 29 Oktyabr 2022 13:58

Türkiyədə yaşayan azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali Holding” şirkətinin aldığı 6 yeni gəmidən ikisinin daşıyacağı adlar məlum oldu.

Bu barədə Gununsesi.info-ya danışan holdinqin mətbuat katibi Fidan Quliyeva deyib ki, birinci gəmiyə I Qarabağ müharibəsi dövründə Laçın uğrunda gedən döyüşlərdə 9 oktyabr 1992-ci ildə şəhid olmuş Əlisuvar Əliheydər oğlu Məmmədovun adı veriləcək:

HTML tutorial

“İkinci gəmi isə II Qarabağ müharibəsi zamanı Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa uğrunda döyüşlərdə snayperçi olaraq iştirak etmiş, 89 nəfər düşməni “İstiqlal” tüfəngi ilə məhv etmiş, 1 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş Babək Süleyman oğlu Mahmudlunun adını daşıyacaq. Bununla əlaqədar, “Palmali” şirkətinin CEO-su Səbahəddin Su hər iki şəhidin ailəsinə zəng edərək bu xəbəri onlara çatdırıb”.

 

Günay

GUNUNSESİ.İNFO