Mübariz Mənsimov Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə təqaüd verəcək - FOTOLAR

  • By admin
  • 18 Mart 2022 10:14

“Palmali Holding” 100 azərbaycanlı tələbəni dəstəkləmək üçün təqaüd proqramının davam etdiyini elan edir.

Gununsesi.info bildirir ki, bu təqaüdlər 2022-2023-cü tədris illərini əhatə edəcək.

Bu təqaüd proqramının əsas məqsədi tələbələrə maliyyə dəstəyi göstərmək, onların təhsillərini davam etdirməsinə təşviq etməkdir.

Qeyd edilib ki, 2022-2023 tədris ilinin ümumi bölgüsü Təqaüd Komitəsi tərəfindən təqdim olunan müraciətlərin qiymətləndirilməsi əsasında müəyyən edilir.

Təqaüd üçün 100 azərbaycanlı tələbə seçiləcək.

* Tədris ilindən bir il əvvəlki ili yüksək bal və dərəcə ilə bitirən tələbələr

* Şəhid ailəsinin üzvləri olan tələbələr

* Qarabağ müharibə veteranlarının ailəsindən olan tələbələr

* Maddi vəziyyəti çətin olan tələbələr

“Palmali”nin yeni təqaüd proqramı qeydiyyat tarixi 2022-ci il aprel ayının 1-30 tarixləri arasında başlayacaq.

Proqramda iştirak etmək istəyən tələbələr tələb olunan sənədləri palmaliegitim@gmail.com elektron poçtuna göndərməlidirlər. Sənədlərin yoxlanmasından sonra seçilmiş 100 tələbəyə təqaüd verilməsi növbəti tədris ilində başlayacaq.

Xatırladaq ki, bu Palmali Holding tərəfindən azərbaycanlı tələbələrə verilən ilk təqaüd proqramı deyildir.