Mübariz Mənsimov “Bellator”da döyüşən idmançımızı təbrik edib

  • By admin
  • 23 İyul 2022 14:53

Türkiyədə yaşayan azərbaycanlı iş adamı “Palmali Group”un sahibi Mübariz Mənsimov ABŞ təşkil olunan “Bellator” döyüşündə qələbə qazanan məşhur idmançımız Tofiq Musayevi təbrik edib.

Gununsesi.info həmin təbriki təqdim edir:

44 günlük Vətən Müharibəsinin iştirakçısı və Ali Baş Komandan tərəfindən “Cəsur Döyüşçü” medalı ilə təltif olunan qaydasız döyüş üzrə dünya çempionu Tofiq Musayev bir daha Azərbaycan bayrağını dünyanın ən məhşur ringlərindən biri sayılan “Bellator”da ucaltdı.

Dəfələrcə dünya və Avropa çempionu olmuş məşhur idmançımız Tofiq Musayev bizi yenə sevindirdi.
44 Günlük Vətən savaşımızın qəhrəmanlarından olan qardaşımız Amerikda dünyanın ən reytinqli rinqlərindən biri olan “Bellator”da rəqibini 27 saniyəyə məğlub etdi.
Təbrik edirik! Qələbələrin davamlı olsun!”