Mübariz Mənsimov “Xəzər Lənkəran”ın dağılmasından sonra ilk dəfə danışıb. Gununsesi.info-nun məlumatına görə, o bu barədə “facebook” səhfəsində məlumat verib:
“Bu gün ofisə çox maraqlı 2 gənc gəldi. Məhəmməd və Ramil Beşiktaşın Azərbaycanlı təmsilçiləriymiş.Beşktaş aşkıyla İstanbula köcüblər.Bakıdan hədiyyələri də var idi. Doğma, sevdiyim ve yaratdığım klubun şərfini mənə hədiyyə etdiler. “Xəzər Lənkəran” bir brenddir. O hər zaman yaşayacaq. Onun hər zaman yaşamasına mən şəxsən nəzarət edəcəm. Əvvəlki illərdə olduğu kimi, “Xəzər Lənkəran” Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Burdan bütün ağ – yaşıl ve bəyaz – siyah fanlarına uğurlar ve bol qələbələr arzu edirəm”.