Mübariz Mənsimov:” Bu hərəkət vicdansızlıq, mənəviyyatsızlıqdır”

  • By admin
  • 01 Noyabr 2022 00:35

Bu gün Vətən müharibəsinin qəhrəmanlarından olan Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin “Sualtı hücum” (SAH) xüsusi təyinatlı qüvvələrinin miçmanı, şəhid Elvin Səfərovun anım günüdür.  Bu gün “Palmali” donanmasının növbəti gəmisinə şəhid Elvin Səfərovun adını verdik”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin “Palmali Group”un slən azərbaycanlı sahibi Mübariz Mənsimov özünün sosial şəbəkə hesabında yazıb.

O, bildirib ki, bununla əlaqədar Şəhidimizin qardaşına şəxsən zəng edərək onun xeyir-duasını alıb.

Mənsimov bundan başqa maraqlı bir məlumatı da azərbaycanlılarla bölüşüb:

“Ümumiyyətlə, son zamanlar “Palmali”nin və şəxsən mənim adımdan sui-istifadə edərək şəhid analarına zəng edib gəmilərə onların şəhid övladlarının adlarının verilməsi müqabilində əziz analarımızdan pul tələb edirlər. Bu hərək vicdansızlıq, mənəviyyatsızlıq, mədəniyyətsizlikdir. Mən hər şəhid ailəsinə, imkan daxilində, özüm zəng edirəm. Görüntüləri də mətbuat katibim açıq şəkildə yayır. Bundan kənar nə baş verirsə, inanmayın və aldanmayın!

O ki qaldı gəmilərə verilən adlara… Dəyərlilərimiz, “Palmali” durduqca, hər yeni gəmi Şəhid adını daşıyacaq. Lakin mən gəmilərə adların verilməsi məsələsinə qarışmıram. Bu mələlərlə xüsusi komissiya məşğul olur. Həmin komissya Holdingə gələn məktubları və sosial mediada yazılan təklifləri qiymətləndirərək Şəhid adları ilə bağlı siyahı hazırlayır, daha sonra qərar qəbul edilir. Mənim vəzifəm və borcum isə, Şəhid ailələrindən xeyir-dua almaqdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun”.

Günay

Gununsesi.info