Mübariz Mənsimov Fətullah Gülənlə görüşündən danışdı -Ona dedim ki...

  • By admin
  • 02 Sentyabr 2021 14:02

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov Fətullah Gülən haqda yeni açıqlamalar verib.

FETÖ ilə əlaqələri barədə iddialara münasibət bildirən Mübariz Mənsimov bunları deyib:
“Nyu Yorka getdik. Helikopter kirayələdim, Pensilvaniyaya gəldik. İş adamı İhsan Kalkavan bizə qoşuldu. Gülənin qarşısında oturduq. Gülən Ərdoğan haqqında yaxşı şeylər danışmırdı. “Sən kimsən? Ərdoğana görə var olmusan. Qərar ver, imamsan, yoxsa siyasətçisən?” dedim. Bu sözümdən incidi. Bircə şey dedim: “Düşünürəm ki, səhv yoldasınız. Düşünürəm ki, sizin yanınıza gələnlər də yanlış yoldadır”. Bunu deyib çıxdım. Keçmiş Daxili İşlər naziri Mehmet Ağar da bizimlə idi.”

Mübariz Mənsimov deyir ki, onun Fətullah Gülənlə heç zaman əlaqəsi olmayıb. Məhkəmədə də onun FETO-çu olduğunu sübut edən heç bir dəlil olmayıb.

Gununsesi.info