Mübariz Mənsimov təqaüd ayırdığı tələbələrlə görüşəcək

  • By admin
  • 30 May 2022 22:12

Xəbər verdiyimiz kimi, Türkiyənin Palmali Holdinqinin sahibi azərbaycanlı iş adamı Mübariz Mənsimov bu ölkədə təhsil alan bir qrup azərbaycanlı tələbəyə təqaüd ayırıb.

Holdinqin mətbuat katibi Fidan Quliyevanın Gununsesi.info-ya verdiyi xəbərə görə, Mübariz Mənsimov tələbə təqaüdü ayırdığı gənclərlə görüşəcək: “Mübariz bəyin bu nəcib köməyi yenə də davam edir. Bu il də biz ehtiyacı olan bir qrup tələbəyə yardım ayırdıq. İyun ayının 2-də həmin tələbələrlə görüş olacaq”.

Gununsesi.info