Mübariz Mənsimov Tehranda səfirliyimizə hücumdan yazdı - TERRORDUR

  • By admin
  • 27 Yanvar 2023 20:40

“Tehrandakı Səfirliyimizə qarşı törədilmiş silahlı basqını şiddətlə qınayıram. Bu terror dövləti tərəfindən Azərbaycana qarşı namərdcə həyata keçirilən terror aktıdır”.

Gununsesi.info bildirir ki, bunu Türkiyənin “Palmali Group”un sahibi, Azərbaycanlı iş adamı Mübariz Mənsimov sosial şəbəkədə yazıb.

İş adamı daha sonra qeyd edir:

Xain hücum nəticəsində vətəndaşımız baş leytenant Orxan Əsgərov şəhid olub. Allah şəhidimizə rəhmət eləsin! Ailəsinə və yaxınlarına Allahdan səbr diləyirəm! Bu törədilmiş terror aktı o tayda yaşayan soydaşlarımıza qarşı da xəyanətdir. Güneydəki soydaşlarımız bu namərdliyi bağışlamamalıdır. Qədim zamanlardan elçi, diplomat toxunulmaz sayılıb. Səfirliyə hücum bu ənənənin pozulması və bütün sivil dünyanın qəbul etdiyi dəyərləri ayaqlar altına atmaqdır. Terrorcu cəzalandırılmalı və İranın ali rəhbərliyi dərhal Azərbaycan dövlətindən üzr istəməli, baş vermiş terror hadisəsi ilə bağlı ciddi araşdırmalara başlamalıdır. Əks təqdirdə bizim ordakı soydaşlarımız bunu cavabsız qoymaz və qoymamalıdır.

Mətləb