Mübariz Mənsimov Türkiyədə müalicə alan qazilərimizlə - FOTO

  • By admin
  • 23 Sentyabr 2021 12:16

Türkiyəyə müalicə üçün gedən bir qrup Qarabağ qazisi bu ölkədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovla görüşüb.

Gununsesi.info-ya daxil olan məlumatda deyilir ki, Mübariz Mənsimov qazilərimizi qələbə münasibətilə təbrik edib:

Bu gün Azərbaycan dövətinin himayəsində olan, “Yaşat” fondu tərəfindən Türkiyəyə müalicəyə gələn dəyərli qazilərimiz məni ziyarətə gəldilər.
44 günlük Vətən Müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışdılar. Həqiqətən də sizin kimi oğulları həyata gətirən anaların qarşısında baş əyirəm.

Bu gün şəhidlərimizin və qiymətli qazilərimizin sayəsində torpaqlarımıza qovuşduq. Hər kəs özündən və, ən əsası, şəhid olan döyüş dostlarından danışdılar…

Böyük qəhrəmanlıq, böyük şücayət…

İndi burada Türkiyədə müalicə alırlar. Azərbaycan dövlətinin öz qazilərinə sahib çıxması bir başqa qürürverici hissdir. Vətən uğrunda canından keçməyə hazır olan oğullar bilməlidirlər ki, arxalarında güclü Dövlət dayanır. Qazilərimizin durumu daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədir.

Sizinlə fəxr edirik, dəyərli Qazilərimiz!

Müqəddəs ruhlarınız qarşısında baş əyirik, Şəhidlərimiz!

Yaşasın Azərbaycanın güclü Dövləti, ordusu və mərd milləti!

Gununsesi.info