Mübariz Mənsimovla bağlı yalan 1 gün çəkdi - "NEZAVİSİMAYA" TANINMIŞ İŞ ADAMI BARƏSİNDƏ YAZINI SAYTINDAN ÇIXARIB

  • By admin
  • 10 Noyabr 2017 13:58

Dünən Azərbaycanın bir sıra xəbər portallarında Rusiyanın “Nezavisimaya” qəzetinə istinadən “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərovun adından “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov barəsində təhqiredici yazı dərc olunub.

Gununsesi.info-nun xəbərinə görə, bu gün isə məlum olub ki, həmin Rusiya qəzeti Mübariz Mənsimovla bağlı yazını qəzetin saytından çıxarıb.

Təəssüf ki, Azərbaycanın bəzi media orqanları da ötən gün, erməni mənşəli şəxsin rəhbərlik etdiyi qəzetin xəbərini Azərbaycan ictimaiyyətinə çatdırıblar.

Məlum olub ki, Vahid Ələkbərovun adından yayılmış sözügedən açıqlama təxribat xarakterli və sifarişlidir. Həmin yazının təxribat və xüsusi sifariş olmasını şərtləndirən bir səbəb də Vahid Ələkbərovun adından yayılan xəbərin adəçəkilən qəzetdən başqa Rusiyada heç bir mətbuat orqanında yayımlanmamasıdır. Bu da onu sübut edir ki, yazı xüsusi sifarişlə “Nezavisimaya” qəzetində yerləşdirilib və ifşa olunduqdan sonra qəzetin internet səhifəsindən çıxarılıb.

Əfsus ki, Türkiyədə Azərbaycan və azərbaycanlılar üçün böyük dayaq hesab olunan Mübariz Mənsimova qarşı bəzi media orqanlarımız qərəzli mövqe tuturlar. Bunun səbəbini anlamaq mümkün deyil.

Gununsesi.info