Mübariz Mənsimovun anası adını daşıyan gəminin “Qarabağ Şəhidləri” olmasını istəyir” - VİDEO

  • By admin
  • 05 Noyabr 2022 10:03

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı “Palmali Group”un sahibi Mübariz Mənsimovun anası Zümrüd Mənsimova hər kəsi təəccübləndirəcək addım atıb.

Belə ki, oğlunun onun adına verdiyi “Zümrüd Mənsimova” adlı gəminin “Qarabağ Şəhidləri” adlandırılmasını təklif edib.

Gununsesi.info-nun xəbərinə görə, Mənsimov anasının bu istəyi haqqında da sosial şəbəkədə yazıb.

“Zümrud Ana” gəmisi “Qarabağ Şəhidləri” adını daşıyacaq.
.
“Mənim anam 9 uşaq böyütmüş atamın halal çörəyini yeyən, gecəsini gündüzünə qatan bir azərbaycanlı xanımıdır. Məni yanına cağırıb “bir xahişim var” dedi. “Gəmilərə şəhidlərin adını qoyandan telefonu susmur. Qohum qardaş, tanımadığın insanlar, hərə bir xahiş edir: oğlumuzun adına gəmi verin”. Və anam da belə bir xahiş etdi. “Mənim adımı daşıyan gəminin adını Qarabağ şəhidləri qoy. Bütün şəhidlərin adına həsr et”. Mən də anamın xahişini yerə salmayıb, anamın adını daşıyan “Zümrüd Ana” gəmisinin adını dəyişib, 1992-1994 və 2020-c il şəhidlərinin adlarına ithaf edirəm.
Gəmimiz “Qarabağ Şəhidləri” adını daşıyacaq və gəmidəki muzeydə bütün şəhidlərimizi şəkilləri yer alacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Anamın bu xahişini bütün şəhid analarına, atalarına catdırmaq istədim. Az da olsa, ürəyinizə su səpə bildiksə, nə mutlu bizə.”
Mətləb
Gununsesi.info