Mübariz Mənsimovun atasının sağlıq durumunda problem yaranıb -MƏŞHUR İŞ ADAMINDAN TƏSİRLİ PAYLAŞIM/VİDEO

  • By admin
  • 23 May 2023 20:57

Türkiyədə yaşayan məşhur azərbaycanlı iş adamı Mübariz Mənsimovun atası Qurban Mənsimovun sağlıq durumunda ciddi problemlər yaranıb.

Mübariz Mənsimov hazırda xəstəxanada müalicə alan atası ilə bağlı sosial şəbəkədə təsirli qeydlər yazıb.

Gununsesi.info həmin qeydləri təqdim edir:

“Canım atam, bizə çox çətin, ağır günlər yaşadırsan. Sənin indiki durumunu görür və bununla heç cür barışa bilmirəm. Bu nə sınaqdır bizi çəkirsən? Səni hər gün xəstəxanada yataqda yox, evdə öz qoltuğunda görmək istəyirik. Nəfəsinə, zarafatlatına, varlığına möhtacıq. Yanımıza dönməni səbrsizliklə gözləyirik.

Canım atam mənim!”

Gununsesi.info