Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov xalqımızı 8 Noyabr Zəfər Bayramı münasibətiylə təbrik edib.
Gununsesi.info həmin təbriki təqdim edir: Azərbaycan bayrağını Qarabağda dalğalandıran qəhrəman xalqıma eşq olsun!
“Qarabağ Azərbaycandır!” dedik və bütün dünyaya bunu sübut etdik.
Biz – qalib ölkənin qalib vətəndaşları – bu müqəddəs savaşı qazanan, torpaqlarımızı azad edib, ərazi bütövlüyümüzü bərpa edən Ali Baş Komandana və şanlı Azərbaycan Ordusuna dərin təşəkkür edirik.
Şəhid anaları və qazilərimizin qarşısında baş əyirik.
Azərbaycana Zəfər yaraşır!
Vətənimə möhtəşəm Qalib Parad yaraşır!
Bu gün Azərbaycan xalqının Zəfər günüdür!
Zəfərimiz mübarək! Qarabağ Azərbaycandır!
@gununsesi.info Mübariz Mənsimovdan 8 Noyabr təbriki -VİDEO Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov xalqımızı 8 Noyabr Zəfər Bayramı münnasibətiylə təbrik edib. Gununsesi.info həmin təbriki təqdim edir:













