Mübariz Qurbanlı Ağdaşda qəbul keçirəcək

  • By admin
  • 28 May 2016 11:42

 Mubariz Gurbanly

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir. Gununsesi.info xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 1-də Ağdaş rayonunda Mingəçevir şəhərinin, Ağdaş və Yevlax rayonlarının sakinlərini qəbul edəcək. Qəbul Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Natiq Əfəndiyev.

Telefon: (050) 211-68-89, e-mail: info@scwra.gov.az.

Azərtac