Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün Göygöl rayonunda Gəncə, Naftalan şəhərlərinin, eləcə də Samux, Göygöl, Goranboy və Kəlbəcər rayonlarının sakinlərini qəbul edib. Bu haqda Gununsesi.info-ya DQİDK–dən məlumat verilib.
Belə ki, qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti dini icmaların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, bir sıra dini icmaların zəruri ədəbiyyatlarla təmin edilməsi, gənclərin dini təhsil almalarına kömək göstərilməsi, yeni məscidlərin tikilməsi və təmiri ilə bağlı olub. Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət etmələri tövsiyə olunub.
Gülnaz Qənbərli