Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

22 Fevral 2018
21 Fevral 2018

18 Avqust 2016 - 11:46

Mubariz Qurbanlıdan xəbərdarlıq- "Falçılığı yığışdırın"

mubariz_qurbanoglu

“Falçılığa qarşı, falçılıq adı ilə insanların aldadılmasına qarşı mübarizə vacibdir, zəruridir. Bununla əlaqədar həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində müvafiq maddələr var”. 

Gununsesi.info-nun xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, falçılıq xurafatın bir elementidir: “Bizim Komitənin bu məsələdə müəyyən səlahiyyətləri var. Biz bu səlahiyyətlərdən istifadə edərək Daxili İşlər Nazirliyinin yerli qurumları ilə birgə ayrı-ayrı bölgələrdə, rayonlarda, şəhərlərdə falçılıqla məşğul olan şəxsləri aşkara çıxarıb onlarla profilaktik söhbət aparırıq. Falçılıqla məşğul olan şəxslərə xəbərdarlıq edilir ki, onların fəaliyyəti qeyri-qanunidir və bu cür əməllərə yol vermək olmaz. Bir məsələni qeyd edim ki, ekstrasenslik var. Bizim Tofiq Dadaşov kimi məşhur ekstrasensimiz olub. Dünyada bu qəbul olunub. Amma ekstrasens falçı deyil. Ekstrasensliklə falçılğı eyniləşdirmək lazım deyil. Falçılar primitiv şəkildə insanları aldadıb onların vəsaitini mənimsəyir. Bütün dünyəvi dinlərin hamısı bu cür hərəkətləri qətiyyətlə pisləyir. İslam dini də falçılğı və digər bu kimi hərəkətləri pisləyir. İnsanların bu və ya digər inancından sui-istifadə edərək dələduzluq etmək, onların əmlakını mənimsəmək yolverilməzdir. Buna qarşı mübarizə aparılmalıdır”.

 

Gununsesi.info