Müdafiə naziri girov götürüldü

  • By admin
  • 08 Yanvar 2017 10:45

kotdivuar

 Kot-d’İvuarın Buake şəhərində başlayan əsgər qiyamı davam edir.

Gununsesi.info “lefigaro.fr” saytına istinadla bildirir ki, bir müddət əvvəl hökumət ilə əsgərlər arasında qiyamın dayandırılması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, qiyamçılar ölkənin müdafiə naziri Alən-Rişar Donvahini girov götürüblər. Müdafiə naziri qiyamçılarla razılıq əldə etmək üçün Buakeyə gələn nümayəndə heyətinə rəhbərlik edirdi.

Qeyd edək ki, əsgərlər artıq Buake şəhərini tam ələ keçiriblər. Digər şəhərlərdən, o cümlədən paytaxt Abicandan olan hərbçilər də qiyamçılara qoşulublar.

Gununsesi.info