Müdafiə naziri həmkarları ilə görüşüb - FOTOLAR

  • By admin
  • 27 Sentyabr 2016 14:32

naz-2

Bu gün “Bakı Ekspo” Mərkəzində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun “ADEX 2016” – II Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Fikri İşıkın və Belarus Respublikasının müdafiə naziri general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşüb.

Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahədə əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, qarşılıqlı təcrübə mübadiləsi və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

naz-1

Gununsesi.info