Müdafiə naziri xəstəxanadan evə buraxıldı

  • By admin
  • 16 Yanvar 2024 08:37

Prostat xərçəngi diaqnozu qoyulan ABŞ-ın müdafiə naziri Lloyd Ostinin müalicəsinin başa çatdığı və evə buraxıldığı məlum olub.

Gununsesi.info bildirir ki, Müdafiə Nazirliyi (Pentaqon) verdiyi yazılı açıqlamada Ostinin yanvarın 1-dən prostat xərçəngindən xəstəxanada müalicə aldığını xatırladıb.

Açıqlamada müalicə prosesinin başa çatdığı bildirilib.

“Tibb heyəti ilə məsləhətləşmələrdən sonra katib Ostin bu gün Valter Rid Milli Hərbi Tibb Mərkəzindən buraxılıb”, – deyə qeyd edilib.

Gununsesi.info