
Suriyanın Keçid Hökumətinin müdafiə naziri Murhaf Əbu Qəsrə bildirib ki, Rusiya öz ölkəsinin maraqlarına uyğun olarsa, Suriyadakı dəniz və hava bazasına icazə verə bilər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, SDF ilə bağlı o, “Hərbi həll hər iki tərəfdə qan tökülməsinə səbəb olacaq. Bizim qiymətləndirməmiz budur ki, həll sülh yolu ilə olacaq”- deyib.
Suriyanın müdafiə naziri həmçinin bəyan edib ki, ölkəsi birdən çox ölkə ilə müdafiə sazişləri bağlamağı nəzərdən keçirir. O, ABŞ və Türkiyənin Suriyadakı bazalarının vəziyyəti ilə bağlı həssas danışıqlar apardığını vurğulayıb.
Əbu Qəsrə bildirib ki, Ankara ilə yeni hərbi razılaşmalar ölkədəki türk əsgərlərinin sayının azaldılmasını və ya onların başqa yerlərə dağıdılmasını əhatə edə bilər.
ABŞ-ın ölkənin şimal-şərqində hərbi varlığını qoruyub saxlamayacağı ilə bağlı danışıqlara davam etdiklərini də vurğulayaraq, “Hər kəs Trampın hakimiyyətə gəlməsini gözləyirdi. Suriya hökuməti ilə ABŞ rəhbərliyi arasında məsələnin müzakirəsi bir qədər vaxt aparacaq” dedi.
Orxan Saffari