Sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.
Bu barədə Gununsesi.info-a Müdafiə Nazirliyindən bildirilib.
“Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur.
Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq”, – deyə qeyd olunub.
Gununsesi.info