Müdafiə Nazirliyi: “Düşmənin snayper qrupu məhv edilib”

  • By admin
  • 03 Noyabr 2020 15:32

İşğal olunmuş ərazimizə gətirilən Ermənistan silahlı qüvvələrinin 543-cü alayının yerləşdiyi müdafiə sahəsinə Azərbaycan Ordusu tərəfindən atəşlə zərbələri endirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Gununsesi.info-ya bildirilib ki, nəticədə Qubadlı istiqamətində fəaliyyət göstərməyə hazırlaşan snayperlərdən ibarət qrup məhv edilib.

 

 

Gununsesi.info