Müdafiə Nazirliyi hərbçimizin həlak olması faktını təsdiqlədi

  • By admin
  • 17 Yanvar 2022 09:25

Azərbaycan Müdafiə Nazirliyi dünən hərbi qulluqçunun həlak olması faktı ilə bağlı yayılan xəbəri təsdiqləyib.

Sosial şəbəkələrdə hərbçimizin şəhid olunduğu deyilsə də lakin nazirlik başqa səbəb göstərib.

“Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması faktını təsdiq edirik”.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Gununsesi.info